Poem · Azərbaycan
Bu eşq bitsə yaxşıdır,
Bu eşq bitsə yaxşıdır, Gecin-tezin alınmır.. Yürümür də, neyləyim, Protezin alınmır. Uğurlansam önümdə, Dönsəm gerimdə yoxsan. Pişiklənmə yalandan, Heç bir şerimdə yoxsan. Umu-küsü qurtardı, İşin düşüb asanda.. Heç nə dəyişməyəcək, Yazsan da yazmasan da. Dalımca de ki, itdi.. Car çəkmə hey aləmə.. İşdi də oldu bitdi, Lap da çox şey eləmə. Olanları bilirsən, Ayrı ad da çəkmirəm. Əhvalım yerindədir, Fikir-zad da çəkmirəm. Yastığımı gecələr, Göz yaşlarım sulamır. Pəncərəmdə küləklər, Yalquzaqtək ulamır. Burda hava zor keçir, Yoxdu yağış-mağış da. İstəyirsən qətl elə, İstəyirsən bağışda..
Published online
Source: https://ayazarabaci.com/writing/bu-esq-bitse-yaxsidir/