All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Böyümüşük, hətta, lap,

Ayaz Arabaçı

Böyümüşük, hətta, lap, Qəddimizi aşmışıq.. Araz kimi, Kür kimi, Səddimizi aşmışıq..

Çoxdu haqqa şəkk izi, İt izi, eşşək izi, Azdıracaqlar bizi, Rəddimizi aşmışıq.

Köhnə şərab, kirli cam, Dərdimizə gəldi zam Dilxor olma, ya imam, Cəddimizi aşmışıq,

Ta, batdıq, istəyirik- Abadlıq istəyirik, Azadlıq istəyirik, Həddimizi aşmışıq,

Published online