All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Boş yerə pardaqlanır ağ pərdələr,

Ayaz Arabaçı

Boş yerə pardaqlanır ağ pərdələr, Səhnədə güllər vaza pərçimlənib.. Pas götürüb eynəyini Tanrının, Getmir həyat, qış yaza pərçimlənib.

Bomba düşüb hər tərəf hər yan yanır, Dərd öyünür,qəm sevinir,can yanır.. Az.tv-də güzgülü ekran yanır, Məşədi İbad Gülnaza pərçimlənib..

Toplayırıq, göndəririk ərbaba, Dörd tərəfindən dağıdır əqrəba, Biz-biz olub neyləyə billik baba, Saxsı gəlib almaza pərçimlənib..

Açmamışıq ağzımızı ta kimə.. Yaxşı bilirsən verilir"qa" kimə.. Yorma durub boş qafanı hakimə, Sırtımıza hər cəza pərçimlənib.

Sağ sözə sol kəlməni "xor"lar verir. Nifrətimiz gör nə dekorlar verir.. İndi bütün fitvanı korlar verir.. Bizdə bu gün çox aza pərçimlənib.

Göndərirəm şeiri çap olmaqlığa, Bir para dillərdə gap olmaqlığa.. Mən nə deyim feyziyab olmaqlığa.. Mən nə yazım, paz-paza pərçimlənib..

Published online