All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bizdə ruh deyilən şey çoxdan ölüb,

Ayaz Arabaçı

Bizdə ruh deyilən şey çoxdan ölüb,Quru müqəvvayıq, yalnız bədən var..Təsəlli tapırıq ancaq nəfəsnən-Bəs şükür,hələ ki, gəlib - gedən var.

Polad bir gəmiydim dalğalar yedi,Ömrümü-günümü darğalar yedi,Farələr daşıdı, qarğalar yedi,Burda nə sünbül var, burda nə dən var.

Baxma ömür alır, sözü-gapı da,Görünməz əldədi iynə sapı da,Xoşbəxtlik deyilən alaqapıda,Min cür bəhanə var, yüz cür nədən var..

Sözlərin silahlı, əllərin yalın,Dərsini verməkçün beş-üç çaqqalın..Əlində qalırsan bığın-saqqalın-Körpə uşağın var, qoca dədən var.

Sol yazır əqrəblər, hər günə bir sol,Uzun görünsə də çox yaxındı yol,Lap elə istəyir yarımallah ol,Çıxıb gedəcəksən vaxtın-vədən var..

Ayaz, bacardıqca qar-quzey eylə,Çevir üstdüzeyi altdüzey eylə,Yığıb ağrılardan bir muzey eylə,Sənin nədən desən, yaran, zədən var.

Published online