All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Biri spasibo qazanır bu gün,

Ayaz Arabaçı

Biri spasibo qazanır bu gün, Biri də havadan bravo tutur. Ağlım bir şey kəsmir bu gedişatdan, Bizi qara tutur, qırova tutur.

Göylər od əndərə, oynaya bilmir, Təkcə bir öndərə oynaya bilmir, Hamı uzundərə oynaya bilmir, Hərəni içində bir hava tutur..

Adam rəzalətə ad tapa bilmir, Nə balda,nə yağda dad tapa bilmir, Kasıb bir quruca cad tapa bilmir, Varlı itini də plova tutur..

Yaxşı məqam düşüb avantüristə, Xəyallar çevirib hamını süstə, İndi başbilənlər başının üstə, Tüstülü-dumanlı boş qafa tutur..

Mənəvi süqutdu coğrafi dərdlər, Yeridi, sel qopub dağılsa bəndlər, Zati-müstəbidin verdiyi vədlər, Ruhumu fəlsəfi bir lafa tutur..

Kim sayır günahkar,de kim,özünü.. Qoy əvvəl sağaltsın həkim özünü.. Qırağa çəkməsin heç kim özünü, Bəllidi kim-kimə aftafa tutur...

Published online