All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir xeyli müddətdi karantindəyəm,

Ayaz Arabaçı

Bir xeyli müddətdi karantindəyəm, Əslində çox elə pozulmur kefim, Təki xəyallarım gəzəri olsun..

Düzü bəzi şeylər ağlıma batmır, İlahi,sən özün poz bu oyunu, Şeytanın nə şansı,nə zəri olsun..

Dənizi hər yerdən hasarlayıblar, Sevgilim,bu gündən sənin gözlərin, Mənim ürəyimin Xəzəri olsun..

Yağ-bal istəmirəm,sən yanımda ol, Əlində bir isti təndir çörəyi, Bir də göy soğannan vəzəri olsun.

Şair,fikir vermə hər hürən itə.. Bu qoca dünyada adamın təki, Üstündə Allahın nəzəri olsun..

Published online