All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir tikə əppək üçün gedər-gəlməz yollara,

Ayaz Arabaçı

Bir tikə əppək üçün gedər-gəlməz yollara,Oyanıram, düşürəm, xoruz banında, abla.Bu qədər alçaqlığa rəvac verən ölkədə,Tüpürmüşəm üzünə adın-sanın da, abla.

İtin ağzından çıxır halal-hümmət ruzumuz,Qana-irinə dönüb çörəyimiz-duzumuz,Qanına qəltan olub bizim bəxt ulduzumuz.Qan izidi qızaran sübhün danında, abla.

Çəkilsin başımızdan üfunət istəyirik,Uca, ilahi nizam olsun qət, istəyirik,Kimdən ki, mədət umub, ədalət istəyirik,Zəlalətə qapdırır bizi anında, abla.

Qanımızı sormağa davam edən gənədi,Yoxdu misli dünyada, nadirdi, yeganədi,O adam ki bu qədər hər şeyə biganədi,Deməli ki, eşşəklik çoxdu canında, abla.

Gələcəyə keçməsin o murdar iz çürüsün,Çürüsün o qanunlar yazılan miz, çürüsün,Özümüzü ovudan təsəllimiz çürüsün,Adamlıq axtarırıq donuz qanında abla

Gedim hansı əbləhin ətrafında cəm olum,Əlimə pul da düşmür içim, içim dəm olum,Yarayamsa, nə cürə yarana məlhəm olum,Tamam üzü qarayam sənin yanında abla..

Bu haram səltənəti hansı daşından söküm,Sökməsəm yox olacaq bir azdan soyum-kökümGərək bir gün üstünə əlli ton beton tökümMən o cür şərəfin də, o cür şanın da, abla..

Qoşursan zilə çıxsın, kökdən düşüb bəm vururTərəzisi bazarda dörddən beşin kəm vurur,Beş on tutuquşu var inkişafdan dəm vurur,Bu günün də içinə, güzəranın da abla.

Published online