Poem · Azərbaycan
Bir şirin şey dadmadım,
Bir şirin şey dadmadım, Ürəyimi vurmadan.. Çıxıb sənə gələrdim, Bir gün xəyal qurmadan. Hansı məkanda olsa, Uçub gedir durmadan, Ana nə fark edər ki... Sana nə fark edər ki..
Nəfis tərtibatların, Soldu yaşılı-alı.. Bir də çətin işləsin, Bu eşqin "kalenval"ı.. Hansı çəməndən gəlir, Hansı çiçəkdən balı.. Şana nə fark edər ki, Sana nə fark edər ki..
Cəmisi bir gedişə, Yükləmişlər bu "kart"ı, Könlümdəki həsrətin, Gündə bir payız artır. İstəyəndə ürəyi, Ölüm rəqsinə dartır, Qana nə fark edər ki.. Sana nə fark edər ki..
Söylənəkmi oturub, Qarasınca qismətin.. Uçdun bircə nəfəsdə, Dayanmışdın bəs mətin.?. İstər əzrayıl alsın, İstərdə ki, həsrətin, Cana nə fark edər ki.. Bana nə fark edər ki..
Published online
Source: https://ayazarabaci.com/writing/bir-sirin-sey-dadmadim/