All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir qərib axşamdı..və mən "Mars" otel,

Ayaz Arabaçı

Bir qərib axşamdı..və mən "Mars" otel, Fikrimi məşğul eləyən ah, o, tel.. Keçdi yanımdan alagöz bir model, Gördüm, o saət də, görüb, gül dedim.

Bəxtini açmış ayağın yolların, Kursunu qaldırmadasan dolların, Göyləri qucmaqdadı qız, qolların, Sanki uçur mehdə ipək tül dedim.

Tutmasın ey gül, səni gəl hayta, gir, Sərfəli kontur götürüb bayta gir, Vayfayı yandır, xəbərə sayta gir, Öldü dünən bir neçə bülbül, dedim.

Döndü bara, bir qədər alkolladı, Sonra havaynan mənə maç yolladı, Keçmədi az, söhbəti sağ-solladı, Nöqtəsinə nöqtəli vergül dedim.

Get-gedə hər gün daralır dairə, Arvad-uşaq, qayğı, azar, sairə, Bir gecəlik varmı görüş şairə, Olmuş odundan ürəyim kül, dedim..

Bir gecə öldür, yiyə dur, nəşinə, Get baba çıx get, daha nə, əşşi, nə, Şəmkiri yad eyləyibən, qəşşinə- Gül dedim ey, mən qocaya gül dedim

Published online