All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bir neçə qanmaz eşşək,

Ayaz Arabaçı

Bir neçə qanmaz eşşək, Xalqı palçığa dartırr.. Qiymətlər nöşün artırr..

Evə heç nə alammır, Nə Balzak, nə də Sartrr, Qiymətlər nöşün artırr.

Endi qəfil səmadan, Xəyalım yerə "çartırr" Qiymətlər nöşün artırr..

Maaş haçan qalxacaq, Rəis çiynini dartırr,. Qiymətlər nöşün artırr.

Pul yoxdusa cəhənnəm, Edək neft ilə "bartırrr", Qiymətlər nöşün artırr..

Dərdimiz xoda düşüb, Tırıldayır, tırhatır, Qiymətlər nöşün artırr..

Ölür uzaq üfüqdə, Ümid adlı işartı, Qiymətlər nöşün artırr..

Turşu xiyar da qalxıb, Hanı hardadı, Arturr, Qiymətlər nöşün artırr.

Ordan-burdan Az.tv Qoduq tapıb beş-altı, Malalayacaq nöş artır!

Published online