Poem · Azərbaycan
Bir gün dəniz,
Bir gün dəniz, bir gün səma olan qız.. Dalğalara baş vurmağa gücüm yox, Buludlara baş vurmağa gücüm yox.. Həyat mənə çətin verə bu şansı, Bunda mənim günahım yox, suçum yox.. Baxışların şimşək-şimşək çaxmasın Göz yaşların qurşun-qurşun axmasın, Günəş doğsa şəfəq düşməz bacamdan, Çoxu içib peşman olub,bu camdan. Axı sənin nə işin var səhrada, Bağçadakı çiçəklərin bacısı.? Sonra heç cür tərk eləmir adamı, Baldan şirin xəyalların acısı. Qorxunc tufan, tutqun günəş,uzaq yol.. Qıymam səni məhəbbətin oynuna. Hər baxanda çilik-çilik oluram, Belə qoyma əllərini qoynuna.. Bu gecə də əkiz yuxu görmüşük, Çevirmisən yastığını tərsinə. Mən heç zaman hazırlıqlı olmadım, Həyat adlı müəllimin dərsinə.. Gözləri od , ürəyi kül olan qız.. Canlı nəfəs,canlı şəkil olan qız, Sən ümmana yol axtaran bulaqsan, Mənə məndən özüm qədər uzaqsan. Bir gün günəş,bir gün külək olan qız, Bir gün bəndə,bir gün fələk olan qız.. Yaddaşımda ələk-vələk olan qız.
Published online
Source: https://ayazarabaci.com/writing/bir-gun-deniz/