Poem · Azərbaycan
Bir durnanın qanadını qırıb da,
Bir durnanın qanadını qırıb da, Kağızlara lələk şəkli çəkirəm. Ürəyini almaq üçün hər dəfə, Hiylə şəkli-kələk şəkli çəkirəm.
Bircə kərə danışsana-dinsənə.. Nədi bəlkə toxunubdu cin sənə.. Boş-boş sözlər yazmıram ki,mən sənə, Hər şerimdə mələk şəkli çəkirəm..
Qürurundan mən tərəfə əy,adda, Nə qalır ki,bu sevgidən nə, yadda, Dovşan qədər olmasam da həyatda, Bəbir şəkli,pələng şəkli çəkirəm.
Adam gərək yıxılmasın sözündən, Bacardıqca muğayat ol özündən, Sən çox yaxşı ələyirsən gözündən, Mən çox yaxşı ələk şəkl çəkirəm..
Arzuların,xəyalların qadını, Unudummu bu sevginin dadını.. Nə zaman ki,çağırıram adını, Eləcə bir ürək şəkli çəkirəm..
Bu sevdadı ağrıdanda ağrıma, Nə yazım ki,bir şey gəlmir ağlıma.. Heç vaxt səndən olmayacaq oğluma, Beşik şəkli-bələk şəkli çəkirəm..
Published online
Source: https://ayazarabaci.com/writing/bir-durnanin-qanadini-qirib-da/