All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

bir buyruq altında yaşamaq var,

Ayaz Arabaçı

bir buyruq altında yaşamaq var, bir quyruq altında. bir də erkəkcəsinə zorlukların üst qatında... niyə bu qədər gec qaldıq.. könül hər zaman bir şeylərin dəyişməsini istər. məsələn gəmilərin təyyarələrə dönməsini, təyyarələrin qatarlara.. uşaqların qocalara-qocaların uşaqlara. qadınların kişilərə kişilərin qadınlara. könül hər zaman bir şeylərin dəişməsini istər.. bir köpək sürüsünün quduzluq xəstəlyindən ölməsini. uşaq bağçasına çevrilən ən qəddar polis bölməsini! heç olubmu sözlərdən ürəyiniz bulansın. lap çox sevinəndə dərdinizin gözləri işıqlansın, yaralarınızın ağzı sulansın.. zatən, qaranlıqlar sonsuzdu,uçurumlar dibsizdi. bir az fərqində olun-həyat boşdu,anlamsızdı,tipsizdi. rənglər çoxdu,amma yenə də burda hər şey bozdu. yollardayam, çoxdan,lap çoxdan yeganə qazancım tozdu. təşəkkür eləməyə kim var,əlini qaldırsın. məndən bu uzaqlıqları,bu qəriblikləri aldırsın.

Published online