All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bilirsən ki,gələmmirəm,

Ayaz Arabaçı

Bilirsən ki,gələmmirəm, Arada ara dayanır. Ha tərəfə ayaq bassam, Başında para dayanır.

Sən də dur da,mənim kimi, Yem ol qurda mənim kimi Hamı burda mənim kimi, Üzü divara dayanır.

Gör şəfqətə neçə ac var.. Bir Mənsur var,yüz Həllac var.. Nə həkimdə bir əlac var. Nə də bu yara dayanır.

İçə vurur,dışa çıxır, Ömür gedib qışa çıxır, Bir ucu yağışa çıxır, Bir ucu qara dayanır..

Qara günnən,qara işnən, Ölüm-zülüm,dırnaq-dişnən, Atam oğlu bu gedişnən, Bu yollar hara dayanır..

Published online