Poem · Azərbaycan
Bilgə,sahil qumları,
Bilgə,sahil qumları,bir də dəli küləklər,Bir dəlap uzaqlarda yanıb-sönən bir mayak... Dəniz bir məzar kimiəl açıb məni bəklər,İçimdən keçər səsin qəfil ildırımsayaq..
Ayaqlarım daş kimi donub qalar yerində,Yarar ayın işığı zülmət qaranlıqları..Tutub yerə yıxılmış kölgəminəllərindən,Gedərəm sənə sarı,gedərəm sənə sarı..
Qucaqlaşıb son dəfəyaşadığın şəhərlə,Gözüm qəfil başlayar dəniz kimi daşmağa..Başlayaram gülməyə dəli qəhqəhələrlə,Soluğumu tıxayan qorxuları aşmağa..
İlk görüşün təlaşı qara sulardabatmaz,Sürünər son arzular dalımca dizin-dizin,Bəs nə oldu,deyirdin heç kimin gücü çatmaz,Bu sevda ikimizin, bu nəğmə ikimizin..
Mən sənin qəlbindəyəmdörd hərflik ad kimi,Ammasinənin üstədörd çalın-çarpaz dağam.Nə ölüm-ölüm kimi,nə həyat-həyat kimi,Sən niyə ağlayırsan, mən axı hələ sağam..
Published online
Source: https://ayazarabaci.com/writing/bilge-sahil-qumlari/