All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bezə də borcum var,

Ayaz Arabaçı

Bezə də borcum var, Çitə də borcum var. Başımda qaynayan, Bitə də borcum var..

Bu həsbi-halınan, Min qeylü-qalınan, Dalımca çalınan, Fitə də borcum var.

Şər kəsib üstümü,şər.. Tər basıb,üzümü tər.. Tək burda deyil ki,hər, Qitədə borcum var.

Söz ilə qurtarmaz, Düz ilə qurtarmaz.. Yüz ilə qurtarmaz... İtə də borcum var..

Published online