Poem · Azərbaycan
Bəxt necə yazılıb elə də gedir,
Bəxt necə yazılıb elə də gedir, Min kərə it kimi ula, dəyişmir. Tikanın allahı-billahı yoxdur, Nə qədər istəsən sula, dəyişmir.
Tale dəfələrlə gətirsə də nəhs, Oyaqdı könlümdə bir ilahi səs, Özünü dünyada kişi sayan kəs, Heç vaxt mənliyini pula dəyişmir.
Beş günü vaysansa, beş günü toysan, Mən ali zatdanam, sən hansı soysan, Adını qızıl da gümüş də qoysan, Tula xislətini tula dəyişmir..
Published online
Source: https://ayazarabaci.com/writing/bext-nece-yazilib-ele-de-gedir/