Poem · Azərbaycan
Bəsdi süzdün buluddan,
Bəsdi süzdün buluddan, Bir yol da süz,gündən bir. Soraq tutmursan daha, Bu halı üzgündən bir..
Fərman çıxart əfv olsun, Qoyma hər şey məhv olsun.. Məqbuldu ki,səhv olsun, Beş dənə düzgündən bir..
Bəlkə çıxmadım yaza, Çox elə batma,yasa, Yada sal heç olmasa, Cəhənnəm,yüz gündən bir.
Nə var bu cəfada,bax, Gözəldi hava da,bax.. Bir dön ətrafa da bax, Ayrıl o güzgündən bir..
Published online
Source: https://ayazarabaci.com/writing/besdi-suzdun-buluddan/