All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bərkidib təzədən qanadlarını,

Ayaz Arabaçı

Bərkidib təzədən qanadlarını, Çırpına-çırpına gəl uçaq, deyir. Nəyə inanırsan ona and içim, Hər şey ürəyincə olacaq, deyir.

O ki, həm havaydı,həm su,həm çörək, Çətindi anlatmaq təsviri rəng-rəng, Axı nə yatdıq ki, nə yuxu görək., Yeni başlamışdıq biz ancaq, deyir.

Umuda-küsüdə keçdi həyatım, Xəstəyəm,halsızam yavaş get,çatım, Qoy bir az,gözümün yağından qatım, Bir daha sönməsin bu ocaq,deyir..

Bəlkə bir vaxt tapım atüstü dəyim, Hələ ki,ağzına su alıb rəyim.. Bu günnən yaşamır mənim ürəyim, Elə durub-durub, ötən çağ deyir..

Yazıb göndərimmi kağıza tanrım, Salmasın heç dilə, ağıza tanrım, Sən özün ağıl ver o qıza, tanrım, Qırdığı ürəyə oyuncaq deyir..

Published online