Poem · Azərbaycan
Bəlkə də burda keçib,mənim uzaq gəncliyim,
Bəlkə də burda keçib,mənim uzaq gəncliyim,Bəlkə də..Bilmirəm ki.Dil açan sular bilər..Həzin duyğular bilər.Bıçaq yarası kimi şirin xatirələr var,Hər izdə, hər cığırda.Xəyalımı tərpədir İssıkgölün küləyiyelkəntək,xırda-xırda.Ala-Too dağına çöküb bir qərib duman,Çilənibdi üfüqin üzünə bir ovuc qan.Göylərin yaxasından solğun bir xəyal baxır.Üzgün baxışlarından nə qədər sual baxır.Mənə elə gəlir ki, burda yaşa dolmuşam.Amma nə vaxt olmuşam, amma haçan olmuşam.?Gündə min yol dəyişir təbiət öz rəngini.Göylər yerə tuşlayır hərdən öz fişəngini.Ləpələr qanad açır sahilə kəpənəktək,Asılıb başım üstən günəş ballı tənəktək.Çəkir özünə sarı çəkir könlümü, dağ-daş,Xarüqələr yaradıb burda ilahi nəqqaş.Bəlkə də burda keçib,mənim uzaq gəncliyim,Bəlkə də..Bilmirəm ki.Dil açan sular bilər..Həzin duyğular bilər.
Published online
Source: https://ayazarabaci.com/writing/belke-de-burda-kecib-menim-uzaq-gencliyim/