All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Belə yazdı bir şair,

Ayaz Arabaçı

Belə yazdı bir şair, Fikrin ali qatında. Kim gedirsə o qalır, Adamın həyatında..

Əvvəl bir az duruxdum, Oxuyub bu misranı. Kim gedirsə söhbəti, Düşündürür insanı.

Qəlbimi sərməst edən, Bu misraya sarıldım. Qaya kimi çapıldım, Torpaq kimi yarıldım.

Yağış öz işindəydi, Günəş öz işindəydi. Ruhumun bu sözəcən, Canı lap dişindəydi.

Kim gedirsə o qalır, Qəribə səslənirdi. Bundan gözəl sözmü var, İçim nəfəslənirdi.

Kim gedirsə o qalır, Nə gözəl bir etiraf. İlk bahar şəfəqitək, Eləcə məsum və saf.

Unutmağa çalışdım, Məndən getmiş o qızı. Xatirələr üzümə, Durdu qızıl-qırmızı.

Ürək də ehtiyacdan Bu minvalla qocalır.. Adamın həyatından, Kim gedirsə o qalır.

Published online