Poem · Azərbaycan
Baxma ki,ünvanına,
Baxma ki,ünvanına, Xırda söz-gap olurdu. Donuzun kitabları, Hər yerdə çap olurdu. Köpürdürdü qürurla, Burun deşiklərini. Tərənnüm eləyirdi, Zibil yeşiklərini. Şöhrət ordeni vardı, Sərəf ordeni vardı. Hər cürə iyrəncliyə, Tərəf, ordeni vardı. Əlinə nə keçirdi, Yeyirdi iylənirdi. Peysəri yoğnuyurdu, Göbəyi piylənirdi. Doymaq biımirdi amma, Yüz litirlik "boşqa"sı. Gəzirdi ətrafında, Neçə-neçə çoşqası. Bir gün soldan yazırdı, Bir gün sağdan yazırdı. Zibilliyin içində, Güldən-bağdan yazırdı. Onun özünəməxsus Təlimatı var idi. Hansı şah olur-olsun, Təminatı var idi. Neçə-neçə oğraşın , Dalını yağlamışdı. Və öz küçüklərinə, Yaxşı gün ağlamışdı. Baxma ki,ünvanına, Xırda söz-gap olurdu. Donuzun kitabları, Hər yerdə çap olurdu. Yaltaq tənqidçilərin, Gülürdü sir-sifəti.. Kim deyir ki,haramdı- Halaldı donuz əti...
Published online
Source: https://ayazarabaci.com/writing/baxma-ki-unvanina/