Poem · Azərbaycan
başımıza od yağır,
başımıza od yağır, qradın altındayıq. neçə çürük arzunun- muradın altındayıq.
itib gedir kökümüz, tərpənmir heç tükümüz.. çox ağırdı yükümüz, hər adın altındayıq.
kef biznən armaq olmur, dərinə varmaq olmur, sayıb-qurtarmaq olmur, çox zadın altındayıq.
bəxt ilə küsgündəyik, pisdən də pis gündəyik, nalənin üstündəyik, fəryadın altındayıq.
sinirə bilsən,sinir.. dərdlər yüz yerdən dinir, gah bizi dostlar minir, gah yadın altındayıq.
görən deyir ölkəyik, amma,bölgə-bölgəyik, kişi kimi kölgəyik, arvadın altındayıq.
qara ağarmaz-yu ki.. başdan bulandı su ki.. qısaca məzmun bu Kİ.. bərbadın altındayıq..
Published online
Source: https://ayazarabaci.com/writing/basimiza-od-yagir/