All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Basıb yeyir ayılar çanaq-çanaq balları,

Ayaz Arabaçı

Basıb yeyir ayılar çanaq-çanaq balları, Gündən-günə ennənir qarınları-dalları, Adam qiyafəsində 3 quruşluq malları, Buraxır ey bir ucdan zavoda dəxli yoxdur.

Necə yolum bu bağın otunu-alağını, Küçə qadını kimi çırmayır balağını, Doldurmağa çalışır hərə öz yalağını, Nə bişir-nə bişməyir tavada,dəxli yoxdur.

Mən daha inanmıram ovcumdakı xətlərə, Ürəyimi əbədi paytaxt yapdı dərdlərə, Biz ölümə gedirik,ancaq biqeyrətlərə, Uduzmağın-udmağın davada,dəxli yoxdur.

Bir addım irəliyə getmək üçün yox təkan, Bir qapalı türmədi sevdiyimiz bu məkan, İstəyir Nabran olsun,istər Bilgə,Mərdəkan, Üfunət qoxusu var havada,dəxli yoxdur.

Varmı o güc,o qüdrət əlindəki əsada.. Nə söyləyir İlahi bizə Ana Yasada.. Çoxu otura bilər akademik masada, Eşşəkliyin qətiyyən savada dəxli yoxdur...

Published online