All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

baş alıb gedirsən

Ayaz Arabaçı

baş alıb gedirsənadını belə unutmuş yollarlaayağını basdığın hər daşküskün-küskün, kinli-kinli inildəyirgedirsənqoşulub yolların bekarçılığına.çiynində köhnə bir çanta, çantadaköhnə bir şəkilşəkildə köhnə bir həyət, həyətdə köhnə bir həyat-içi çölü köhnə bir evqapısında qıfılı yoxkülək açar külək bağlarsən bu evingözlədiyi son adamsan qonaq kimi yara kimivə iç-içə iki otaqnə bir lampa nə də bir səsancaq sükutun içindəçürüyən bir saat var5.15-də dayanıbdır əqrəblərio da susqun sən də susqunbir pencək asılıb divardakı mismardanyəni özündən qalma bir keçmişəl atıb geyinsən keçmişə dönəcəksəndanışmaq istəyirsənpəncərəylədivarla çatlamış döşəməyləAmma onlar cavab vermirçünki sən cavab deyilyalnızlıq axtarırsanpəncərəni açırsankif qoxusu çəkilirmizin üstə atılmış ağzıaçıq bir kitaboxunmamışbəlkə də illərdir səni gözləyirkimsə ilk səhifədə qırmızı xətlə yazıbgedənlər öz içində itənlərdiayaqlarının altında cırıldayır döşəməbəlkə adını soruşur kim olduğunu soruşurqopub düşmüş kirəmit yerindəngöy üzü boylanır içəriiçindən keçir ulduzlarsadəcə gözlərini yumursanartır yaşamaq həvəsibir tavan bir divar bir də gecənin ilıq nəfəsi

Published online