Poem · Azərbaycan
Bapbalaca qızuşağı olursan..
Bapbalaca qızuşağı olursan..Dəli-dəli könül şahı olursan..Ağlayanda göyqurşağı olursan..Yanağına göz yaşından zeh düşür..
Kodu nədi qəlbindəki cəftənin,Dözəmmirəm axırına həftənin..Qələmimdən adın keçən dəftərin,Vərəqinə qorxa-qorxa şeh düşür.
Həsrət gəlir üstümüzə çaparaq..Alır səni məndən qəfil qaparaq..Ödəməni hansı kursla aparaq,Bu can təkcə gülüşünə beh düşür..
Gör nə qədər sələmləri qalxıram..Ağrıları-ələmləri qalxıram,Üzüsənə "Elmlər"i qalxıram,Yasamaldan pişvazıma meh düşür..
Dərin-dərin dəryaların lillənir,Barmaqlarım saçlarında dillənir..Baxışların uzaqlara zillənir,Dodağından soyuq-soyuq eh düşür..
Published online
Source: https://ayazarabaci.com/writing/bapbalaca-qizusagi-olursan/