All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bağrına basmadı doyunca bizi,

Ayaz Arabaçı

Bağrına basmadı doyunca bizi, Solğun arzuların nimdaş anası. Lap elə dəyəri qızıldan olsun, Kimdi bu itkiyə daha yanası..

Gördünmü nə boyda atəşi çıxdı, Varmış bir anlamı təlaşlarının.. Bir o buludların dolmağına bax, Üzünü köçürür göz yaşlarının..

Çox oldu getdiyin o gündən bura.. Bütün özləmlərim hədərmiş,hədər.. Mən öz arzularım barədə indi, Susuram imkanım çatdığı qədər..

Nəydi yolumuzda o qan-o qada, Biz axı adamdıq,pələng deyildik.. Niyə həyat deyib dad döyürük ki, Bəlkə biz həyata gərək deyildik..

Oynayıb bir ucuz hind kinosunda, Bir az qaç eləyib,qov eləmişik.. Bəlkə heç ortada ürək olmayıb, Oyuncaq oxlarnan ov eləmişik..

Söndür işığını xatirələrin, Barı qoy azanda ürəklə azım. Sən məni bir ömür vecinə alma, Mən sənə bir ömür şeirlər yazım..

Published online