All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Avtobusda yanıma gəldi düşdü bir xala,

Ayaz Arabaçı

Avtobusda yanıma gəldi düşdü bir xala, Hirsli-hirsli başını əydi qabağa-dala. Avtobus tərpənəndə, yıxılmışdı az qala. Avtobus sürücüsü Mirkazımov Gülbala. Bir-iki qüllab vurub, təzə gəlmişdi hala.. Avtobusun ağzını dirəmişdi perevala. Qalxırdı qartal kimi, avtobus Yasamala. Yanımdakı o xala, Üzünü sürücüyə tutub,dedi ki, , bala, Bu xalqı az çalxala. Avtobus nə avtobus, dalı Göy- gölə gedir, Qabağı da Marxala Şofer dedi ki, xala, avtobusdu, at ha döy, Əlimi atım yala, çəkim, salım xal-xala. Xoşun gəlmir, gə, sən sür, yavaş-yavaş yorğala.. Avtobusun belində qarıldadı qarğalar.. Xala dedi get bala, get ağzını yaxala. Söyüş qarğış nalə ah, Hər birisi bir qəpik. Oynadı şar sayağı havada şillə-təpik. Sonra bir səda qopdu, Uçdu sanki bir qala. Kimsə yığdı polisi, girdi və bir vəbala. İki polis saxladı avtobusu qəfildən. Zaldan bir kişi qalxıb, Bağırdı polislərə: Tez olun, yubatmayın, həbs eləyin, dərxal a..

Published online