Poem · Azərbaycan
Arxa çıxır, dayaq durur, güc verir,
Arxa çıxır, dayaq durur, güc verir, Hər tərəfdən şər, anası qəhbəyə. Bu həyatdı, oğulsansa sinəni, Axıracan gər, anası qəhbəyə..
Sinəmizə çökən qansız pis çöküb, Gözümüzə duman gəlib, sis çöküb, Gör necə də tülkü kimi diz çöküb, Çinar boylu nər, anası qəhbəyə..
Ancaq bizdə çaqqal-çuqqal bəbirdi.. Heç kim baxmır son mənzili qəbirdi, Dar məqamda "sə-bir"di ki, "sə-bir"di, Nə deyəsən zər anası qəhbəyə..
Biz neynəyək, nə imkan var, nə, əldə?. , Sınamışıq neçə dəfə dueldə, Milyon dəfə yendirilib bu eldə, Min ər oğlu ər, anası qəhbəyə.
Xəyalların dadı-tamı olmayıb, Arzuların evi-damı olmayıb.. Heç bir eşşək iş adamı olmayıb, Heç nə düşmür tər anası qəhbəyə.
Ər oğulun qeyrətində çat olmaz, Şah şah olsa hər düdüyə mat olmaz.. Dürlü-dürlü söz deməknən at olmaz, Bəllidi ki, xər anası qəhbəyə..
Ayaz, könlün çinarlardan boy yesin, Hər süfrədən şadlıq dadsın, toy yesin, Gedib harda nə yeyirsə qoy yesin, Fikir vermə hər anası qəhbəyə...
Published online
Source: https://ayazarabaci.com/writing/arxa-cixir-dayaq-durur-guc-verir/