Poem · Azərbaycan
Arada yalançı məsafələr var,
Arada yalançı məsafələr var, Vəslinə heç cürə çatmağa qoymur. Həsrətin özünü şəhid eləyir, Başımı bir şeynən qatmağa qoymur.
Yoxdu bu həyatdan can güvənliyim, Qıc olub,açılmır ömür tənliyim, Qanıynan aldığı eşqi mənliyim, Kiməsə çox ucuz satmağa qoymur..
Qıvrılıb qalıram paramın üstə, Ağrıyır çevrilsəm haramın üstə, Eləcə duz tökür yaramın üstə. Xəyalın gecələr yatmağa qoymur.
Nə nisan qurtarır,nə rəcəb olur.. Mənə nə olursa çox əcəb olur, Bəlkə duaların müstəcəb olur, Məni göz yaşımda batmağa qoymur..
Xoşbəxtlk haqqında hansı hədis var.. Unutma qəlbində mən adlı pis var. Ehh dəli,içimdə nəsə bir hiss var, Səni birdəfəlik atmağa qoymur...
Published online
Source: https://ayazarabaci.com/writing/arada-yalanci-mesafeler-var/