All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Alqış dedim, hörmət qoydum cəm işə,

Ayaz Arabaçı

Alqış dedim, hörmət qoydum cəm işə, Fikir verdim həm əmələ, həm işə, Həqiqətin peşindəyəm həmişə, İstəmirəm nağıllara uyulsun.

Qurtarmır ki, dilimizin qiybəti, Yaman enib adamlığın qiyməti, Bundan yaxşı nə şərait, ay, Məti, Kim hayanda istəyirsə suyulsun.

Çox namərdsən, çərxin dönsün ey fələk, Ələyəcək hamımızı dövr-ələk, Pul da yoxdu beş-on qram kövrələk, İçimizin kiri-pası yuyulsun.

Ağlın məndən nə kəsir ay, Müzəffər, Varmı tutan mən dediyim sözə fər, İstəyirəm çaldığımız bu zəfər, Xalqımızın cibində də duyulsun..

Ağrılara, əzablara açığam Günahlara, savablara açığam, Suallara, cavablara açığam, Kimin mənə sözü varsa buyursun.

Published online