All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Adamın içi yanır, adamın çölü yanır,

Ayaz Arabaçı

Adamın içi yanır, adamın çölü yanır,Göz yaşından göl salır, üstəlik gölü yanır.Qəfəsdə diri yanır, qəbirdə ölü yanır,Hər şeyi yazmaq olmur, heç cür nöqtəbənöqtə.Nöqtə, nöqtə və nöqtə.

Yeryir əsəbimdə qolum da qılçım kimi,Gözlərimdə alışır hirsim qığılcım kimi,Kimin qılıncı kəsər, mənim qılıncım kimi,Kimin qılıncı kəsər şəri nöqtəbənöqtə.Nöqtə, nöqtə və nöqtə.

Özünə şir deyənlər bir inəyə çevrilib,Dünənki igidə bax, bu gün nəyə çevrilib,Vicdan ucuz satılan əmtəəyə çevrilib.Bu xaraba həyatda heyif nöqtəbənöqtə.Nöqtə, nöqtə və nöqtə.

Nə bu dərd qurtarası, nə bu ağrı bitəsi,Elə bil alçaqların var ayrı bir qitəsi,Üzə çıxası deyil qəlbimin xəritəsi,Hər yeri zəbt olunub əfsus nöqtəbənöqtə.Nöqtə, nöqtə və nöqtə.

Bu qədər çətinliyə bizik, düz-qoş veririk,Canımızı cəllada gör necə xoş veririk.Minib çapıllar amma hər şeyə boş veririk,Çox yaxşı tanıyırlar bizi nöqtəbənöqtə.Nöqtə, nöqtə və nöqtə.

Xalqı çapıb, talayıb soyanlaradı sözüm,Gedib çatmasa belə, o yanlaradı sözüm,Bizi qoyun yerinə qoyanlaradı sözüm,Sizin hər birinizin tam da nöqtəbənöqtə...Nöqtə, nöqtə və nöqtə...

Published online