Poem · Azərbaycan
2 x 2=
Kimi gəldi mindirmisən dalına,Xalça haqqı,palaz haqqı ay vətən.Bir tikə də yanan yoxdu halına,Bu ney haqqı,bu saz haqqı ay vətən.
Nə umursan qeyrətini boğandan..Batırıblar günəşini doğandan,Yüz illərdi fərqin yoxdu soğandan,Min qış haqqı-min yaz haqqı ay,vətən..
Qüvvətimiz çiliyidək işləyir,İbtidai biliyədək işləyir,Yaraların iliyədək işləyir..Dərin haqqı,dayaz haqqı ay vətən.
Bizi niyə yad qucağa atıbsan,Duran yerdə ahımıza batıbsan,"Fil qulağı"otelində yatıbsan,O toy haqqı,o yas haqqı ay vətən.
Kim görmüşdü ala qarğa ley sərə,Dərman yoxdu kəsdirdiyin qeysərə,Yaşayırıq verə-verə peysərə,Almadığın qisas haqqı ay vətən.
Ərəbdəyik,farsdayıq,rusdayıq,Mustafanı deyəmmirik,mus-dayıq,Biz yalandan and içməyə ustayıq,Ya çox haqqı,ya az haqqı ay vətən.
Arxivində qalaq-qalaq paxırlar,Bulaqların hansı səmtə axırlar,Sənə sağmal inək kimi baxırlar,Bax bu adım Ayaz haqqı ay vətən..
Kəsilmədi Qarabağda kor düyün,Başqa şeydi erməninin hürdüyü..Qardaşımın Daşkəsəndə sürdüyü,Mostu qaçmış kamaz haqqı ay vətən.
Torpaqların torba-torba daşındı,Top yerinə təpiklənən başındı,Məscidlərin pul qayıran maşındı,Qiblə haqqı,namaz haqqı ay vətən..
Kökünədək qaşımaram,qazmaram,Bir yol tapsam,boz dumanda azmaram,Mən heç səni istəməsəm yazmaram,Murov haqqı,Kəpəz haqqı ay vətən..
Hansı notun səadətin notudu,Öydüklərin,heç bir şeyin otudu,Hacıların,mollaların lotudu,Keşiş haqqı,papaz haqqı ay vətən.
Gədə-güdə nişan alır taqq səni,Əzib keçib Araz boyda tank səni,Minib çapır neçə-neçə bank səni,Yediyimiz qapaz haqqı ay vətən.
Kəsmə barı umudunu tanrıdan,Azdan-çoxdan odu,bizi yarıdan,Xoşaxoşnan donuz çıxmaz darıdan,Oynadığın "topaz" haqqı ay vətən.
Bilirsənsə öyrət bir çəm,axırda,Necə çıxır cəm üstə cəm,axırda,Mən özümü öldürəcəm axırda,Həzrət haqqı,Abbas haqqı ay vətən..
Published online
Source: https://ayazarabaci.com/writing/2-x-2/