Şeir · Azərbaycan
yoxdu taleyüklü qərarlar filan,
yoxdu taleyüklü qərarlar filan,var ancaq allahla nəfəs təması.bir ucu əlində badətək gilan,bir ucu ruhunun şeir səması.gümüşü piyalə dolub boşalır,ilahi, hardandı de bu qədər rəng..gözəllik adamı heyrətə salır,sevincdən az qalır dayansın ürək.bu canlı lövhənin birdi memarı,güllərdən bir şəhər salıb təbiət.gül üstə məst olan qızıl bir arı,edir sərxoş-sərxoş tanrıya biət.günəş dirsəklənib büllur tağında,çölün çal-çağırı, harayı batıb,göl elə uyuyub öz yatağında,elə bil indicə demidrol atıb."qırmızı koftalı, yaşıl tumanlı",dağların kəmərlə qurşanıb beli.görəntək hövlnak beyni dumanlı,boynuna sarılır ilıq dağ yeli.nə ev ünvanı var, nə boş-boş adlar,nəfis tərtibatlı görüşdən şadam.qurşaqdan yuxarı boy verib otlar,özü-öz səsinə səksənir adam.millənir nəzərim zirvəyə tərəf,yorur baxışımı qanlı yoxuşlar.sevgi sözü kimi düzülüb hərf-hərf,mələyə bənzəyir havada quşlar...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yoxdu-taleyuklu-qerarlar-filan/