Şeir · Azərbaycan
Yox dəxi bir küfrə yer,
Yox dəxi bir küfrə yer,Allahu-Əkbər, baba.Hər işimiz yaxşıdı,Mirzə Ələkbər, baba.Qəmi vəzir etmişik,Dərdi də rəhbər, baba.Başımızda turp əkir,Beş-altı bərbər, baba..Sözüm yanır dilimdə,Elm desən, elmdə,Helm desən helmdə-Xeyli yüksəlişdəyik,İşdəyirik işdəyik..Kövrələndə, dolanda,Qədirdə, Rəmişdəyik..Bir söznən qəmişdəyik..Nobel almasaq beləÇox şeyi kəşf etmişik.Çimib çıxannan sora,Çim-geyi kəşf etmişik.Hacı istehsallayıb,Kəbleyi kəşf etmişik.Bunu burda tapmışıq,Onu orda tapmışıq,Hələ paltar asmağa,İpəzor da tapmışıq..Ayılıb özümüzüTam da xorda tapmışıq.Sanki eşib tarixi-"Qızıl Orda" tapmışıq..Kor sözü işlətmirik,Kar sözü işlətmirik.Başdakılar gennənib,Dar sözü işlətmirik.Yar sözü dəbdən düşüb,Yar sözü işlətmirik.Gildən adam düzəldən,Giloloqlarımız var..Bəmdə qərar tutmayan,Ziloloqlarımız var.Qazelşünaslarımız,"Zil" oloqlarımız var.Fil kimi işlər görən,Filoloqlarımız var.Dilimizi mələdən,Diloloqlarımız var.Bir söz ilə, ay baba,Can qalındı, gön qalin,Dərmanımız qanqalin,Kababımız manqalin.Həyatımız marqarin..İtlərimiz yalqarın,Məmurumuz malqarın..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yox-dexi-bir-kufre-yer/