Şeir · Azərbaycan
Yox, mən səni,
Yox, mən səni,ömür boyu ,unutmam, demə,Bir gündüzlə, bir axşamla unudacaqsan..Bir qatarda,bir gəmidə, ya bir kafedə,Bir qədəhlə və bir şamla unudacaqsan..
Olduğumuz nağıllaratoz ələnəcək..Hərdən qəlbin sızlayacaq,özələnəcək,Amma ömrün, başdan-başa,təzələnəcək,Başqa arzu, başqa kamla unudacaqsan..
Günəş gülübüfüqlərdən min ad verəcək,Quşlar sənə göy üzünəqanad verəcək,Son görüşün xatirəsinə dad verəcək.?.Bax o dadla, bax o tamla unudacaqsan..
Nə kaman çək,nə hədəf bul,nə oxu sına,Mən onsuz da xət çəkmişəmbir çoxusuna,Nəyim varsa verəcəksənqış yuxusuna,Qətrə-qətrə, damla-damla unudacaqsan.
Bu həyatda o şey nəydi-Səncə üç ümdə.?.Zərrəcə bir qorxu yoxdu,bil ki, içimdə..Nə fərqi var hansı yaşda,hansı biçimdə..Bir gün məni bir adamla unudacaqsan..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yox-men-seni/