Şeir · Azərbaycan
Yer altından iniltilər gəlirdi..
Yer altından iniltilər gəlirdi.. Dağılmışdı bir gecədə şəhərlər. Qarışmışdı bir-birinə çarəsiz, Göz yaşları, hönkürtülər, qəhərlər. Bir yandan da lənət kimi ağır qış, Hücumdaydı nəhayətsiz qəzəblə. Dağıtmışdı şəhərləri İlahi, Dağıtmışdı bir ədəbsiz ədəblə. Bir gün qabaq isti yuva, isti ev, İndi isə məzarıydı o damlar. Torpaq hələ uğultudan əsirdi, Ocaq çatıb yığışmışdı adamlar. Bir-birinə qısılmışdı çiyinlər, Bir-birinə qısılmışdı ürəklər. Bu çarəsiz adamlara qoşulub, Ağlayırdı küçələrdə küləklər. Baxıb-baxıb ağladığım efirdən, Bu mənzərə ürəyimi dəlirdi.. Gözlərimi yuman kimi yataqda, Qulağıma iniltilər gəlirdi. Ağlayırdı dənizlərdə gəmilər, Ağlayırdı səmalarda uçaqlar. köhnə sınıq bir darağın dişitək, Yer altında yox olmuşdu uşaqlar.. Dağıtmışdı sarayları təməldən, Qoymamışdı yaşlı ağac , cavan şiv. Həzz alırdı bu tutduğu əməldən, Həzz alırdı bədheybət bir qoca div. Ağır idi itkilərin miqyası, Fəlakətdə min əl vardı min ayaq.. İştahası açılmışdı torpağın- Eheyy, orda kim yatıbdı, kim oyaq.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/yer-altindan-iniltiler-gelirdi/