Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Yağış yağır dayanmadan Şuşaya,

Ayaz Arabaçı

Yağış yağır dayanmadan Şuşaya,O yağışın sellərindən öpürəm.O yağışda qıvrım-qıvrım islanan,Əsgərimin tellərindən öpürəm

Qarabağa həyat verdi o haqq qan,Gəlib çatdı gözlənilən ən xoş an..Bu torpağa igid doğan ər doğan,Anaların əllərindən öpürəm..

Bu zəfəri hər zərrəmdə duyuram,Sevincimi göz yaşımla yuyuram.."Araz boyu muştuluğa yüyürən",Dəlidağın yellərindən öpürəm..

Azərbaycan, möhtəşəmdi gur səsin..Əksilməsin üstümüzdən nəfəsin,Bu torpağa Vətən deyən hər kəsin,Şəkər-şəkər dillərindən öpürəm..

Taleyimi öz əlimlə yazmışam,Ürəyimi bir ulduzdan asmışam..Xəritəmi qucağıma basmışam..Azərbaycan ellərindən öpürəm..

Saytda dərc olunub