Şeir · Azərbaycan
Y a ğ ı ş..
Tökülürsən dürr kimiyaz yuxulu buluddan..Yəni bir gül ətirli,süd qoxulu buluddan..Qopub düşür çiçəklərtəzə açmış alçadan..Baxışlarım sallanır paslı bir navalçadan..Harayıma yetişməz,bir kimsəni çağırsam..Mən axı narahatam niyə belə yağırsan..Təlaş, qorxu, vahiməbürüyür hər bir yanı,Yuyub aparmaqdımı fikrin-zikrin dünyanı..Nə olsun ki, şövq ilə,feyz ilə çırpılırsan,Pəncərəmə hirs ilə,qeyz ilə çırpılırsan..Birdən dözməz gücünə,dözməz bu köhnə daxma,Bir az ədalətli ol,belə qəzəblə yağma..Sən bahar yağmurusanuğur-xeyir dilə get,Yavaş-yavaş aramla,narın-narın çilə,get..Belə çox boz olmasıngərək bətin-bənizin,Sən axı gül qızısan çayın,gölün,dənizin..Könlümün tablosunda,paksan, safsan,durusan..Torpağa həyat verən bir bahar yağmurusan..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/y-a-g-i-s/