Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Xoşuma gələn ev şəkillərini

Ayaz Arabaçı

Xoşuma gələn ev şəkillərini yığıb saxlayıram.. Bəlkə nə vaxtsa buna bənzər birini tikə bilərəm deyə.. Bəlkə nə vaxtsa çoxlu pulum olar deyə. Söykənmişəm saf-təmiz hisslərə. qızınıram xəyallarımın istisinə. Vətənə şeirlər yazıram "isinə-isinə" .. Elə bu şəkillərdəki kimi xudmani Xoşuma gələn bir ev tkəcəyəm Azalsa bir az dərdlər.. Və pul qazanmağa imkan versə N A M Ə R D L Ə R..

Saytda dərc olunub