Şeir · Azərbaycan
Xoşladığım bir gecə,
Xoşladığım bir gecə,Yerlər, göylər işıqlı,Ay bir sərxoş göz kimi,Ulduzlar yaraşıqlı.Bunları seyr edərkənBir az fikrə gedərkənFikrim, hissim, xəyalımO qədər yüksəldi ki,Mənə öylə gəldi ki,Bizlərdən əvvəl nə yer,Nə göy, nə həyat olmuş,Nə bu ucsuz-bucaqsızGözəl kainat olmuş…Gecə sakit… düşüncəmSakit deyildir fəqət,Gözlərimin önündəCanlandı bir həqiqət.Xəyalım ənginlərəo qədər yüksəldi ki,Mənə öylə gəldi ki,İlk dəfədir kainat-Dünyanı sellərindəÇalxayan bizim həyatSağda, solda döyüşmüş,Sonra yoluna düşmüş.Nə dayanmaq vaxtıdır,Gözəl dostum, sən də gəl!Seyr edəlim qol-qolaBu zümrüd çəməndə gəl!Göy üzünə bircə bax,Hər ulduz bir sarı gül,Yarı qönçə, yarı gül.Səni gördüm, xəyalımOqədər yüksəldi ki,Mənə öylə gəldi ki,Bizə bu nazlı aləmGörünərdi qaranlıq,Gözəl çarpışmasaydıq,Gözəl yaşamasaydıq.Xoşladığım bir gecə,Yerlər, göylər işıqlı,Ay bir sərxoş göz kimi,Ulduzlar yaraşıqlı.Bunları seyr edərkən,Bir az fikrə gedərkən,Fikrim, hissim, xəyalımO qədər yüksəldi ki,Mənə öylə gəldi ki,Bizlərdən əvvəl nə yer,Nə göy, nə həyat olmuş,Nə bu ucsuz-bucaqsızGözəl kainat olmuş…
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/xosladigim-bir-gece/