Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Xatirələr sinəmdə,

Ayaz Arabaçı

Xatirələr sinəmdə, Ağır-ağır yaşlanır. Biri qurtaran kimi, O birisi başlanır.

Burda əzabdan özgə, Başqa yön işlər olmur. Ya varsan,ya da yoxsan, Geri dönüşlər olmur.

Qabaqca da beləydi, Hamı var,hamı yoxdur... İçib kövrəlməyin də, Elə anlamı yoxdur.

Qar yağırmı dənizə, Üşüyürmü martılar. Ölürmü sahildəki, Sonuncu işartılar.

Bir bibərli söz denən, Bir acı söz söylə get. Ayağına daş dəyər, Yazıq ollam,göylə get..

Saytda dərc olunub