Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Uca kişlərin gözünə qatıb,

Ayaz Arabaçı

Uca kişlərin gözünə qatıb, Cındıra-qaloşa müəllim dedik. Ağzında sözünü deyə bilməyən, Pəltəyə,laloşa müəllim dedik.

Yox olub gedəcək sabaha izim, Dərdli şeirlərlə doludur mizim.. Onda yıxıldı ki,evimiz bizim.. Peysərə,padoşa müəllim dedik..

Güllətək birbəbir daraqlanmadıq, Çox çətin gün oldu yaraqlanmadıq.. Bu kimdi,nəçidi maraqlanmadıq, Eləcə birbaşa müəllim dedik..

Olan ümidi də sovurub yelə, Qurşandıq bizona,alışdıq helə, Oğruya,əyriyə,quldura belə, Biz niyə Mirpaşa,müəllim dedik.

Görmədik xiyarı,bananı,qağa, Yandırır bu dərdlər qananı,qağa, Qatırı,eşşəyi,dananı qağa, Çəkib də hey başa,müəllim dedik.

Arsıza nə deyim hırhahır haqda.. Yağ yoxdu öyülən piiltə-çıraqda, Əsl ziyalılar qaldı qıraqda.. Hər kora,hər çaşa müəllim dedik..

Say birdən yüzəcən,say heç nə yoxdu.. Yoxdu bu dəyərə tay heç nə yoxdu, Gördük ki deməyə day heç nə yoxdu.. Sıyığa,bozbaşa müəllim dedik..

Məcburdum söz açdım mən bu xüsusda, Sən bizi bağışla ey böyük usta.. Biz bu xəritədə,bu qlobusda, Kazyola,oğraşa müəllim dedik..

Saytda dərc olunub