Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Telefonu qulağından ayırma,

Ayaz Arabaçı

Telefonu qulağından ayırma,Ara məni sübhə kimi oyaq qoy..Gözlərimin həsrətindən ağarmış,Qarasına əllərinlə boyaq qoy.

Sənə çoxdan olacaqlar əyanmış,A,oxlanmış,a,dağlanmış,a,yanmış,Acılara kişi kimi dayanmış,Sinəmizi-sinəmizə qoyaq qoy..

Sağdan-sola,soldan-sağa qazmışam,Bu məktubda nə lazımsa yazmışam,İçimdəki qaranlıqda azmışam,Gözlərini yollarıma mayak qoy.

Demə dönməz arzulasam heç o çağ,Hələ sağdı içimdəki od-ocaq,Menyumuzda başqa şeylər olacaq,Süfrəmizə nə bal gətir,nə yağ qoy.

Səpildikcə vücuduna közlərim,Hər yerində "yallı" getsin gözlərim,İlk addımdan yıxılmasın sözlərim,Dodağını dodağıma dayaq qoy..

Qəlbim səndən çox inciyib,çox sınıb,İstəyimə neçə-neçə "yox" sınıb,Bir də gördün val yeyilib ox sınıb,Bir dəfə də biz tərəf ayaq qoy...

Saytda dərc olunub