Şeir · Azərbaycan
sökülmüşdü dan yeri
vaxt tapdıqca davam edəcəyik, söz vermişəm..
sökülmüşdü dan yerizirvələrin qaşından,bir əsər qalmamışdı gecənin təlaşından.kəsilmişdi yalançı küləyin iniltisi,yuyulmuşdu yağışdanyolların pası-hisi.qəlbim öz yuvasında çılğın-çılğın atırdı.çıxdım astaca evdən,"millət" hələ yatırdı.qara yol çantamı da götürmüşdüm özümlə,bir az da pendir-çörəkiki salxım üzümlə.məni oğru sanardı baxsa kimsə qıraqdan-bir də atam çəkdiyiyarım şüşə araqdan..xülasə, hazır idi nizam yol tədarüküm,qiymətdə ağır idi,vəzndə yüngül..yüküm.elə nəşəli idim, elə nəşəli, elə,məni rahatlamazdı,heç bir dəbdəbə belə.uzanırdı durmadan gözümdəki mavilik,Misilsiz bir xəzinə,sonsuz bir səmavilik.köksü açıq səmadan günəş gülümsünürdü,bir sürü buraxma ityolboyu sümsünürdü.Saxlamışdı şah palıd dünyanı qollarında,quşlar dəm olmuşdular,yemişan kollarında.şirin zümzümələrləyola dəm verə-verə.yetişdim könül açan mənzərəli bir yerə.yörəmdəki çiçəklərdon geymişdi həyadan,balaca bir bulaq da süzülürdü qayadan.açılmışdı dünyanınyorğun göz qapaqları,buğlanırdı dağların uca şiş papaqları.uşaq vaxtı buralarbaşqa cürdü gözümdə.nisgilini illərlə yaşatmışdım özümdə.gözümün qabağındangetməmişdi o çağlar,siqarına dəm verən ağ yelkənli ocaqlar.bu ülvi gözəlliyəedirdim hər dəm biət,qədim bir sandıq kimi açılmışdı təbiət.parlayırdı sədəftəkhər qayası, hər daşı,valeh edirdi məni çöllər hər addımbaşı..könlüm doymurdu heç cürbu ali təmtəraqdan,hərdən qurtumlayırdım, çantamdakı araqdan.yox olmuşdu canımdanbütün ağrı-acılar,İşindəydi yenə də əbədi ifaçılar.ayağımı soyunubdizimədək çirmədim,baxdım gördüm soyuqdu dağ çayına girmədim.endirmişdi çən-dumandərələrə ağ yalın,şehli otların üstə dolaşdım ayaqyalın.getdim sonra qoşulubsulara, çayaşağı,ovutdum içimdəki balaca, kür uşağı.azacıq da yoxuydu yorulmağa niyyətim.qəribə bir yuxuydu sanki bu səyahətim.
(davamı olacaq)
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/sokulmusdu-dan-yeri/