Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Sən hansı

Ayaz Arabaçı

Sən hansı rəvayətlərdəydin, sən hansı hekayələrdə. gizlənmişdin sirr kimi hansı müqəddəs kitablardakı ayələrdə. Hansı səslərdəydin,ünlərdəydin.. Hansı dumanlı çağlardaydın, hansı günəşli günlərdəydin.. Baş vurdum xatirələrə orda da yoxdun.. Hansı kamandan ürəyimə nişanlanmış oxdun.. Keçmişdənmi döndün,gələcəkdənmi çıxdın.. Nənələrin nağılındakı əlcəkdənmi çıxdın.. Könül açdım, istədim ki, heç olmasa Bir acı gülüşlə zəhərləyəsən- bir acı sözlə öldürəsən məni. Amma sən dedin ki,gəldim ki,dərəsən məni.. Gözlərində ulduzların kölgəsi vardı. Üzündə arzuların... Hamısını kəsmək istəyirdim sənə ürəyimdə otlayan quzuların... Yelqanadlı ata dönmüşdüm- çapmaq üçün sən olan uzaqlığa. Göylərə baxıb ulayırdım içimdəki yalquzaqlığa.. Manqalda kömürün üstündə qızaran balıqlar gözlərini qırpırdı.. Ağlayırdın, sən olan hekayələri külək sifətimə çırpırdı.

Saytda dərc olunub