Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Sən hansı rəvayətlərdəydin,

Ayaz Arabaçı

Sən hansı rəvayətlərdəydin, sən hansı hekayələrdə. Sən hansı günəşli günlərdəydin.. Baş vurdum xatirələrə gözümə çox uzaqdan dəydin.. Baxdım bir xeyli, xəyalımdan keçdi ki- Bir acı gülüşlə zəhərləyəsən- bir acı sözlə öldürəsən məni. Gözlərində ulduzların kölgəsi vardı. Üzündə arzuların... Bir az qəribə də olsa Hamısını kəsmək istəyirdim sənə ürəyimdə otlayan quzuların... Yelqanadlı ata dönmüşdüm- çapmaq üçün sən olan uzaqlığa. Göylərə baxıb ulayırdım içimdəki yalquzaqlığa.. Ağlayırdın, sən olan hekayələri külək gətirib sifətimə çırpırdı.

Saytda dərc olunub