Şeir · Azərbaycan
Sabah yenə köhnə hamam,
Sabah yenə köhnə hamam, Yenə köhnə tas olacaq. Yenə köhnə molla-mağar, Yenə köhnə yas olacaq.
Mız qoyanlar çox olacaq, Təbii ki, "xox" olacaq, Yaman soxasox olacaq, Yaman basabas olacaq.
Süzmə məni naşı-naşı, Ətəyindən burax daşı, Çox adamın üstü-başı, His olacaq-pas olacaq.
Hiylə quşdan, dən zəfərdən, Ağlım kəsmir bu səfərdən.. Ortadakı beş nəfərdən, Cəmi biri "as" olacaq.
Çox qəlizdir şərt deyərlər, Batmannandı, dərd deyərlər, Baba, buna nərd deyərlər, Oyun bitib, tas olacaq.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/sabah-yene-kohne-hamam/