Şeir · Azərbaycan
Saçlarını
Saçlarını mələklər oxşayan bir gecəydi. Sökdüm göyün köksünü, əlimi ən uzaq ulduza uzatdım. pencəyimi çıxardıb yanımda titrəyən çılpaq bir ağacın çiyninə atdım. Bir ocaq qaladım çiçəklərin qoxusundan,quşların yuxusundan. Heç kim yox idi, Hər yan ayaq səsləri qoxuyurdu, Yapalaq gözlüyünü taxıb budaqda qaranlıq gecəni oxuyurdu. Günəş çarpayısında dərin bir yuxudaydı.. Gecənin zəhmətini çəkirdi Ay Ürəyimə axırdı ayağım altında gümüldənən çay. Toxunurdum əlimlə,nəfəsimlə ən gözəl şəkillərə.. Sonra getmək istədim,ayaqlarım getmədi. Yadıma düşdü ki. Bir vaxt xoşbəxtlik üçün hərə bir səmti göstərirdi.. Qəfil ürəkgetmədən yıxılmışdı göy yerə Ağzı köpüklənirdi uzaqda buludların. narın yağış yağırdı. Növrəstə xəyallarım islanırdı yol boyu... Həyat açarları çibimdə olan ev kimiydi
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/saclarini/