Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Qumların üstündə

Ayaz Arabaçı

Qumların üstündəyorulub qalıbmavi bir ləpə..Gizlənib dumandabəmbəyaz təpə.Dolub sürahilər ağ piyalətək.Baxdıqcaqanayır könlüm lalətək.Sönüb gözlərindənsüzülən işıq..Adın dodağımda dolam-dolaşıq..Qəlbim17-nin astanasında,Yaşım 51-in tam da yasında..hərdən adiləşir qeyri-adilər..Sükut içindədir uzaq vadilər.Qızıl çadırından çıxmayıbgünəş..Qollarım uzanır baxışlarımtəkYox olub getdiyin üfüqə sarı..Batmış bir gəmininyelkəni kimi,küləklər yelləyir qağayıları.

Saytda dərc olunub